Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Moskvanın Bakıdan YERSİZ xahişi – Kremlin TƏK ümidi
Moskvanın Bakıdan YERSİZ xahişi – Kremlin TƏK ümidi

Qroznı səmasında vurulan mülki təyyarəmizlə bağlı ikinci ildir zəruri hüquqi addımlar atmayan rəsmi Moskva hələ də Bakıda “Rus evi”nin bərpasına ümid edir. Srağagün bu haqda danışan “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib ki, Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyi guya emosional xarakterlidir, nəinki hüquqi.

Onun sözlərinə görə, 1997-ci il hökumətlərarası saziş qüvvədədir, lakin vəziyyətdə fərqli nüanslar var. Primakov bu xüsusda Azərbaycan rəhbərliyindən qurumun qeydiyyatı variantları ilə bağlı təkliflərin olmadığını söyləyib və əlavə edib:

“Rusiya Xarici İşlər Nazirliyi müntəzəm şəkildə Bakıdan qeydiyyat üçün hüquqi əsas təmin etməyi xahiş edir. Hazırda “Rus evi” ilə bağlı məsələlər diplomatik kanallar vasitəsilə müzakirə olunur”.

da salaq ki, faktiki casus yuvaları olan “Rus ev”ləri təkcə Azərbaycanda yox, neçə-neçə başqa dövlətdə də qapadılıb.

Moskva obyektin açılışında niyə bu qədər maraqlı və israrlıdır? Rəsmi Bakı bu məsələdə nəyinsə qarşılığında güzəştə gedə bilərmi?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, “Rus evi”nin fəaliyyətinin bərpasına ehtiyac yoxdur. Onun sözlərinə görə, bu qurumun Azərbaycanda qeydiyyatı olmayıb və artıq məsələ qapanıb:

“Xarici işlər nazirimiz də bildirdi ki, bu mövzu bağlanıb. Yəni Primakov çox şey arzulaya bilər, amma yuxusunda görər. Üstəlik, Moldova, Almaniya və başqa ölkələrdə də bu mərkəzlərin fəaliyyəti dayandırılıb. Məlum olub ki, onlar casus yuvalarıdır. Eynilə Azərbaycanda da “Rus evi” agent evinə çevrilmişdi. Ona görə də hər hansı zərurət yoxdur ki, fəaliyyəti bərpa olunsun. Eyni zamanda, Rusiyanın bu məsələdə israrı anlaşılmazdır. Belə çıxır ki, Rusiyanın istəkləri həyata keçməlidir, amma bizim tələblər qulaqardı edilməlidir. Moskvanın bu yanaşması heç zaman qəbul olunmayacaq”.

Deputat hesab edir ki, Rusiya vurulan təyyarə ilə bağlı məsələdə şərt dili ilə danışır və siyasi bazarlığa getmək istədiyini hiss etdirir:

“Demək istəyirlər ki, “Rus evi”ni açın, həbs olunan 11 Rusiya vətəndaşını azad edin, bizim diktəmizlə hərəkət edin, sonra təyyarə ilə bağlı tələblərinizə baxarıq. Belə bir müştəbeh münasibət Bakı ilə Moskva arasında əlaqələri yaxşılaşdıra bilməz. Rusiya qonşularına bərabərhüquqlu yanaşmasa normal münasibətlərin inkişafı alınmayacaq. Ümumiyyətlə, Rusiyanın davranışları onun yekəxanalığını göstərir. Əgər bir ildən artıq müddətdə təyyarə ilə bağlı addım atılmırsa, o zaman Putin hakimiyyəti Azərbaycandan normal dostluq əlaqələri də gözləməməlidir. Bu baxımdan, “Rus evi” ilə bağlı səslənən çağırışlar və Primakovun gözləntisi reallaşmayacaq”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin sualına cavab olaraq bildirib ki, “Rus evi” uzun müddət qeydiyyatı olmadan Azərbaycanda fəaliyyət göstərib. Nazir qeyd edib ki, artıq 2025-ci ilin fevral ayının əvvəlində Rusiyaya xəbərdarlıq edilib və bildirilib ki, belə hallar qəbuledilməzdir. “İstənilən müəssə ölkə qanunvericiliyinə və iki ölkə arasında sazişlərə əsasən həyata keçirilə bilər. Lakin pozuntuların olması “Rus evi”nin bağlanmasına səbəb oldu”.

Nazir qeyd edib ki, bu cür təsisatların fəaliyyətində ölkə qanunvericiliyinə əsasən həyata keçirilməlidir. Nazir bildirib ki, "Rus evi" ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub. Bunun səbəbi ləğvetmə ilə bağlı bir sıra yarımçıq məsələlərin qalması olub. Hazırda bu prosesdə yarımçıq məsələ qalmayıb və ləğvetmə prosesi başa çatıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti