Rusiyanın Qarabağa buraxdığı İran casusları - Komandosların hərəkətə keçmək zamanı
Tarix: 3-12-2022, 09:30
Baxılıb: 673
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın Qarabağa buraxdığı İran casusları - Komandosların hərəkətə keçmək zamanı

3-12-2022, 09:30

Təhlükəsizlik eksperti və hərbi ekspertdən SOS siqnalı; Azərbaycan Laçın yoluna nəzarət üçün təcili addımlar atmalıdır...

Xəbər verildiyi kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar öz mandatlarına zidd daha bir addım atıblar. Onlar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxslərin hamısı İran (!) vətəndaşıdır. Özü də onlardan 12-si xeyli erməninin yaşadığı Huzestan vilayətinin İzeh şəhərindəndir.
O da bəlli olub ki, həmin 14 nəfər noyabrın 24-də günorta saat 13-14 radələrində 34-QA-444 dövlət nömrə nişanlı  “Mercedes” markalı avtomobillə sülhməramlıların postundan keçərək Xankəndinə gəliblər. Bildirilir ki, İzeh şəhərində terror və təxribat üzrə ixtisaslaşmış İran xüsusi xidmət orqanlarının məxfi bazası yerləşir. Yəni Xankəndinə gələn “əcnəbilərin” İran xüsusi xidmət orqanlarının əməkdaşları olduğuna şübhə yoxdur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ