MN: Azərbaycan, Türkiyə və Gürcüstan birgə təliminin planlama konfransı keçirilib
Tarix: 14-06-2023, 13:19
Baxılıb: 231
Google+ Paylaş
Tumblr Paylaş

MN: Azərbaycan, Türkiyə və Gürcüstan birgə təliminin planlama konfransı keçirilib

14-06-2023, 13:19


Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təliminin planlama konfransı keçirilib.
Müdafiə Nazirliyindən Reportyor.az-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən konfransda təlim zamanı strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib.
Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ