Ərdoğan: Vilnüs sammitində Türkiyənin İsveçin NATO-ya üzvlüyü üçün qərar verməsi gözlənilmir
Tarix: 14-06-2023, 14:43
Baxılıb: 304
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan: Vilnüs sammitində Türkiyənin İsveçin NATO-ya üzvlüyü üçün qərar verməsi gözlənilmir

14-06-2023, 14:43

Vilnüsdə keçiriləcək NATO Zirvəsi çərçivəsində Türkiyənin İsveçin alyansa daxil olması ilə bağlı qərar verməsi gözlənilmir.
Reportyor.tv İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyənin bu məsələ ilə mövqeyi dəyişməyib, Ankara Stokholmdan tam şəkildə terrorla mübarizə aparmağı tələb edir?
“Ümid edirəm ki, qeyri-adi bir hadisə baş verməsə, bu Zirvədə iştirak edəcəyəm. İsveçin bu gözləntiləri o demək deyil ki, biz buna əməl edəcəyik. Bu gözləntilərə əməl etməyimiz üçün ilk növbədə İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Türkiyə lideri bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberqin İstanbula səfərini xatırladıb. Ərdoğan diqqətə çatdırıb ki, o, Stoltenberqə İsveçin gözləntilərinə cavab verilməsi üçün, ilk növbədə ölkənin ərazisində terror təşkilatının fəaliyyətinə son qoymalı olduğunu deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ