BMT-dəki daimi nümayəndəlik: Azərbaycan münaqişədən sonra regionda sülh quruculuğunu davam etdirir
Tarix: 15-06-2023, 08:48
Baxılıb: 228
Google+ Paylaş
Tumblr Paylaş

BMT-dəki daimi nümayəndəlik: Azərbaycan münaqişədən sonra regionda sülh quruculuğunu davam etdirir

15-06-2023, 08:48

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasını səmimi şəkildə dəstəkləyir.
Reportyor.tv xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinin rəsmi tvitter hesabında məlumat verilib.
"Ölkəmizə qarşı törədilən təcavüzün dağıdıcı nəticələrinə, xalqımızın çəkdiyi ağlasığmaz vəhşiliklərə və iztirablara baxmayaraq, Azərbaycan müharibə başa çatdıqdan sonra Ermənistana dövlətlərarası münasibətlərin normallaşdırılmasını səmimi şəkildə təklif edib. Bu təşəbbüs geniş yayılmışdır".- deyə o qeyd edib.
Qeyd olunub ki, bu beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Azərbaycan münaqişədən sonra regionda sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək.

Bildirilib ki, Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan regionda məqsədlərinə tam sadiq qalır.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ