Azərbaycanda dəhşətli hadisə baş verdi - SON DƏQİQƏ
Reportyor.tv Report-a istinadən xəbər verir ki, Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov "VAZ" markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.
Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılir.