Ermənistan Rusiya ilə Qərb arasında oyunlarını davam etdirir. İyunun 26-29-da Qafanda Ermənistanın sərhədyanı rayonlarının rus dili müəllimləri üçün ixtisasartırma kursları keçiriləcək.
Reportyor.tv bu barədə erməni mediasına istinadən bildirir.
Ermənistandakı Rus Evi xəbər verir ki, 60-a yaxın müəllimin təlimini Rusiyanın Xalqlar Dostluğu Universitetinin Rus Dili İnstitutunun mütəxəssisləri aparacaq.