Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu yaxınlarda Brüsseldə keçirdiyi görüşlərdən əldə etdiyi “təəssüratlar əsasında” Avropa Komissiyasının Gürcüstanın Aİ namizədi statusu ilə bağlı qərarına nikbinliklə yanaşdığını bildirib.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında ölkəsinin Aİ namizədi statusuna layiq olduğunu qeyd edib:
Qaribaşvili qeyd edib ki, namizəd statusunun verilməsi ölkədə qütbləşməyə son qoya bilər.