Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət edib
Tarix: 21-06-2023, 15:16
Baxılıb: 365
Google+ Paylaş
Tumblr Paylaş

Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət edib

21-06-2023, 15:16

Günvurma Günəş şüalarının beyinə təsiri nəticəsində yaranır.
Reportyor.tv xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, ilkin əlamətlər tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və s. kimi hallarla müşahidə edilir:
“Həkimə vaxtında müraciət edilməsə, tənəffüs, ürək çatışmazlığı kimi əlamətlər özünü kəskin şəkildə göstərə bilər”.
Həkim bildirib ki, günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və s. kimi faktorlardan da asılı olur.
“Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür”, - deyə həkim qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ