Avropa mayda LNG idxalına daha çox üstünlük verib
Tarix: 21-06-2023, 15:30
Baxılıb: 240
Google+ Paylaş
Tumblr Paylaş

Avropa mayda LNG idxalına daha çox üstünlük verib

21-06-2023, 15:30

Bu ilin may ayında Avropa İtiifaqı ölkələri və Böyük Britaniya boru kəmərləri ilə nəql edilən qazdan daha çox mayeləşdirilmiş təbii qaz (LNG) alıb.
Bu barədə “Reportyor.tv Economic” Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir.


Hesabata əsasən, may ayında bölgəyə 13,73 mlrd. kubmetr boru kəmərləri ilə nəql edilən qaza qarşı 13,95 mlrd. kubmetr LNG (təkrar qazlaşdırılmış formada) idxal edilib. Belə ki, birinci göstərici keçən ilin may ayı ilə müqayisədə 37% azalıb, ikinci isə 14% artıb.
Eyni zamanda, Avropa ölkələri yanvar-may aylarında LNG-dən demək olar ki, 13% çox boru kəmərləri ilə nəql edilən qazı idxal ediblər - 66,7 mlrd. kubmetrə qarşı 75,31 mmlrd. kubmetr.
Ümumilikdə may ayında bölgə üzrə qaz istehlakında azalma illik ifadədə 6% və ya 20 milyard kubmetr təşkil edib. Hesabatda qeyd olunur ki, bu, əsasən bərpa olunan mənbələrdən enerji istehsalının artması və 2023-cü il aprelin 1-dən 2024-cü il martın 31-dək regionda qaz istehlakının könüllü olaraq 15% azalması ilə bağlıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ