“Vagner” muzdlu qrupunun ləğv edilmiş üsyanı Ukrayna müharibəsinin Moskvanın hərbi gücündə yaratdığı çatları göstərir.
Reportyor.tv “Reuters“ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell deyib.
“Siyasi sistem həssaslıq nümayiş etdirir və hərbi güc çatlayır. Rusiya kimi bir nüvə dövlətinin siyasi qeyri-sabitlik mərhələsinə daxil olmasını görmək yaxşı bir şey deyil”, - Borrell Lüksemburqda keçiriləcək Aİ XİN başçılarının görüşündən öncə deyib.
O qeyd edib ki, indi Aİ-nin Ukraynanı həmişəkindən daha çox dəstəkləməsinin vaxtıdır.
“Putinin “Vagner” ilə yaratdığı bədheybət indi onun özünü dişləyir, bu bədheybət öz yaradıcısına qarşı fəaliyyət göstərir”, - Borrell əlavə edib
