Dünyanın ən güclü orduları - Azərbaycan bu sıradadır
Tarix: 26-06-2023, 13:13
Baxılıb: 239
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın ən güclü orduları - Azərbaycan bu sıradadır

26-06-2023, 13:13

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.
Reportyor.tv xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Birləşmiş Krallıq, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya dayanır. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.
Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ