XİN sözçüsü: Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq
Tarix: 26-06-2023, 14:36
Baxılıb: 205
Google+ Paylaş
Tumblr Paylaş

XİN sözçüsü: Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq

26-06-2023, 14:36

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Tərəflər arasında son görüş mayda kecirilib. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ