Serbiya Kosovodan olan polis işçilərini sərbəst buraxıb - YENİLƏNİB
Tarix: 26-06-2023, 14:56
Baxılıb: 224
Google+ Paylaş
Tumblr Paylaş

Serbiya Kosovodan olan polis işçilərini sərbəst buraxıb - YENİLƏNİB

26-06-2023, 14:56

Serbiya saxlanılmış 3 Kosovo polisini azadlığa buraxıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Kosovo Baş naziri Albin Kurtis Tvitter paylaşımında bildirib.

“Biz təsdiqləyirik ki, oğurlanmış 3 polis azadlığa buraxılıb. Baxmayaraq ki, biz onların ailələrinə geri qaytarılmasına görə sevinirik, bu oğurlanma ciddi insan haqları pozuntuları ehtiva edir və qınanılmalıdır”, - Baş nazir qeyd edib.
Albin Kurtis Serbiyanın hadisəyə görə məsuliyyətə cəlb edilməli olduğunu əlavə edib.
***
12:52
Serbiya hökuməti bir neçə həftə əvvəl saxladıqları Kosovodan olan polis işçilərini sərbəst buraxacaq.
Reportyor.tv xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban "Twitter"də bildirib.
"Serbiya prezidenti Aleksandr Vuçiç indicə mənə məlumat verdi ki, keçən həftə keçirdiyimiz görüşdə etdiyimiz tələbə uyğun olaraq, Serbiya hökuməti bir müddət əvvəl həbs edilmiş üç Kosovo polisini tezliklə həbsdən azad edəcək", Baş nazir Orban bildirib.
Macarıstan hökumət başçısı Serbiya Prezidentinə təşəkkür edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ