Paşinyan 1994-cü ildə atəşkəsdən sonra Ermənistanın tənəzzülə uğradığını, Azərbaycanın inkişaf etdiyini açıqlayıb
Tarix: 27-06-2023, 11:14
Baxılıb: 202
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan 1994-cü ildə atəşkəsdən sonra Ermənistanın tənəzzülə uğradığını, Azərbaycanın inkişaf etdiyini açıqlayıb

27-06-2023, 11:14

1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb.
Reportyor.tv verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - Paşinyan bildirib.
“Hamımız bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın daxili siyasətində çox mühüm yer tuturdu”, - Baş nazir əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ