Putin qiyama cəhd zamanı asayişi təmin edən bölmələrə müraciət edəcək
Tarix: 27-06-2023, 14:15
Baxılıb: 208
Google+ Paylaş
Tumblr Paylaş

Putin qiyama cəhd zamanı asayişi təmin edən bölmələrə müraciət edəcək

27-06-2023, 14:15

Rusiya Prezidenti Vladimir Putin bu gün qiyama cəhd zamanı asayişi və qanunu təmin edən bölmələrə müraciət edəcək.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml razılaşmanın bütün tərəflərinin silahlı qiyama cəhddən sonra sözsüz ki, öz vədlərini yerinə yetirəcəklərinə ümid edir.
Peskov bildirib ki, ən pis ssenarinin qarşısını almaq üçün böyük iş görülüb və Putinin iradəsi özünü göstərib: "Rusiyada vəziyyətin nizamlanmasında əsas məqam prezidentin səyləri, hadisələrin ən pis ssenarisinin qarşısını almaq iradəsi idi".
Kremlin sözçüsü Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun hər gün fikir mübadiləsi apardığını və fəaliyyətlərini koordinasiya etdiklərini söyləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ