Aİ Şurası: Fərqli siyasi və iqtisadi sistemlərə baxmayaraq Aİ və Çin ümumi maraqlara malikdir
Tarix: 30-06-2023, 14:49
Baxılıb: 228
Google+ Paylaş
Tumblr Paylaş

Aİ Şurası: Fərqli siyasi və iqtisadi sistemlərə baxmayaraq Aİ və Çin ümumi maraqlara malikdir

30-06-2023, 14:49

"Fərqli siyasi və iqtisadi sistemlərə baxmayaraq, Avropa İttifaqı və Çin konstruktiv və sabit münasibətlərin davam etdirilməsində, qaydalara əsaslanan beynəlxalq nizama, balanslaşdırılmış fəaliyyətə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərlə bağlı ümumi maraqlara malikdir".
 Reportyor.tv xəbər verir ki, bu barədə bugün Brüsseldə keçirilən Aİ Şurasının Çinlə bağlı müzakirələrinin yekun sənədində qeyd olunub.
Sənəddə bildirilib ki, Aİ bu ölkəyə qarşı çoxşaxəli siyasi yanaşmasını davam etdirir, Çin tərəfdaş və eyni zamanda rəqibdir.
"Avropa İttifaqı qlobal çağırışların öhdəsindən gəlmək üçün Çinlə işləməyə davam edəcək və Çini iqlim dəyişikliyi və biomüxtəliflik, sağlamlıq və pandemiyaya hazırlıq, ərzaq təhlükəsizliyi, fəlakətlərin azaldılması, borcların aradan qaldırılması və humanitar yardımla bağlı daha iddialı tədbirlər görməyə təşviq edəcək", deyə sənəddə qeyd olunub.
Aİ Şurası eyni zamanda vurğulayır ki, Avropa İttifaqı və Çin mühüm ticarət və iqtisadi tərəfdaşlardır.
"Avropa İttifaqı ticarət və iqtisadi əlaqələrin balanslaşdırılmış, qarşılıqlı faydalı olması üçün bərabər imkanlar yaratmağa çalışacaq. Versal gündəliyinə uyğun olaraq, Avropa İttifaqı tədarük zəncirləri də daxil olmaqla kritik asılılıqları və zəiflikləri azaltmağa davam edəcək və zəruri və uyğun olan yerlərdə riskləri aradan qaldıracaq və diversifikasiya edəcək".
Aİ Şurası eyni zamanda əlavə edir ki, blok Çindən təcrid siyasətini izləmək niyyətində deyil.
"Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qaydalara əsaslanan beynəlxalq nizamın, BMT Nizamnaməsinin və beynəlxalq hüququn qorunmasında xüsusi məsuliyyət daşıyır. Beləliklə, Avropa Şurası Çini Rusiyaya təcavüzkar müharibəsini dayandırması və dərhal, tamamilə və qeyd-şərtsiz qoşunlarını Ukraynadan çıxarması üçün təzyiq göstərməyə çağırır", yekun sənəddə vurğulanır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ