Ukrayna Gürcüstan hava yolları şirkəti "Georgian Airways"ə sanksiya tətbiq edib
Tarix: 1-07-2023, 15:11
Baxılıb: 317
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna Gürcüstan hava yolları şirkəti "Georgian Airways"ə sanksiya tətbiq edib

1-07-2023, 15:11

Ukrayna Rusiyanın təcavüzünü dəstəklədiklərinə görə daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Reportyor.tv istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.
Sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. Sanksiyalar tətbiq olunan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti "Georgian Airways" də var.
Qeyd edək ki, "Georgian Airways" Rusiya Federasiyası ilə əlaqəni iyunun 15-dən bərpa edib.

Fiziki şəxslərin siyahısında əsasən Rusiya Federasiyasının vətəndaşları olsa da, lakin Belarus və Gürcüstan vətəndaşları da var.
Fərman dərc edildiyi gündən qüvvəyə minir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ