Blinken Azərbaycan-Ermənistan danışıqlarında müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub
Tarix: 13-07-2023, 12:21
Baxılıb: 163
Google+ Paylaş
Tumblr Paylaş

Blinken Azərbaycan-Ermənistan danışıqlarında müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub

13-07-2023, 12:21

Xəbər verildiyi kimi, iyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Reportyor.tv xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib.
O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ