"Şahdəniz" qazının ixracı 6,6% artıb
Tarix: 13-07-2023, 12:22
Baxılıb: 186
Google+ Paylaş
Tumblr Paylaş

"Şahdəniz" qazının ixracı 6,6% artıb

13-07-2023, 12:22

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 795,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Reporytyor.tv-e verilən məlumata görə, qaz nəqlinin 52,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 10 915,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6%-lik artım).




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ