İsveç Ali Məhkəməsi Türkiyəyə iki ekstradisiyanı dayandırıb.
Reportyor.tv "Aftonbladet"ə istinadən xəbər verir ki, hər iki şəxs Türkiyə vətəndaşıdır və onların işində ikiqat cinayət tələbinin təmin olunmaması nəzərə alınaraq deportasiyaları dayandırılıb.
Hər iki şəxsin terror təşkilatının üzvü olduqları və mobil proqramdan istifadə edərək "Gülən" hərəkatına qoşulduqları iddia edilir.
Ali Məhkəmə bildirib ki, mobil proqramın yüklənməsi Terror Aktına əsasən cinayət törətmək üçün tələb olunan iştirak kimi qiymətləndirilə bilməz.
Ali Məhkəmə həmçinin hesab edib ki, ekstradisiyanın ləğvi ilə bağlı digər səbəb də var, çünki həmin şəxslər qaçqın statusuna malikdirlər və ekstradisiya edildikdə təqib olunma riski ilə üzləşirlər.
