Polşa Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili üçün tibbi heyət göndərib.
Reportyor.tv xəbər verir ki, bu barədə Saakaşvilinin "Twitter" hesabında bildirilib.
"Baş nazir Moravietski, dostunuzu çətin vəziyyətdə qoymadığınız üçün sizə təşəkkür edirəm və mən Polşa xalqına minnətdaram. Yüksək peşəkar həkim heyətini göndərdiyiniz üçün sizə təşəkkür edirəm. Gürcüstan və Polşa əbədi olaraq birlikdədir", paylaşımda qeyd olunub.
Xatırladaq ki, sabiq Prezidenti Saakaşvili artıq 2021-ci ilin oktyabr ayından Gürcüstanda həbsdədir. O, bir müddət əvvəl həbsxanada zəhərləndiyini bildirib və bundan sonra onun səhhəti pisləşdiyi üçün klinikaya yerləşdirilib.
