KİV: ABŞ İranla bağlı gərginlik fonunda Körfəzə F-16 qırıcıları göndərir
Tarix: 15-07-2023, 12:37
Baxılıb: 924
Google+ Paylaş
Tumblr Paylaş

KİV: ABŞ İranla bağlı gərginlik fonunda Körfəzə F-16 qırıcıları göndərir

15-07-2023, 12:37

ABŞ Körfəzdə İranın gəmiləri ələ keçirməsindən qorumaq üçün F-16 qırıcıları göndərəcək.
Reportyor.tv xəbər verir ki, bu barədə “Associated Press“ yüksək səviyyəli müdafiə rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon rəsmisi ABŞ-ın bu həftə sonu Körfəz bölgəsinə F-16 qırıcıları göndərəcəyini açıqlayıb.
Bildirilib ki, bu addım İranın keçən həftə boğaz yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək onlardan birinə atəş açmasından sonra atılıb.
Müdafiə rəsmisi F-16-ların su yolu ilə hərəkət edən gəmiləri havadan qoruyacağını və İrana qarşı çəkindirici bir vasitə olaraq hərbçilərin bölgədə görünməsini artıracağını qeyd edib.
“ABŞ Yaxın Şərqdə İran, Rusiya və Suriya arasında artan əlaqələrdən getdikcə daha çox narahatdır”, - o əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ