Polşanın Gürcüstandakı səfiri Mariuş Maşkiyeviç Gürcüstan Xarici İşlər Nazirliyinə getməyib.
Reportyor.tv “İnterpressnews” portalına istinadən xəbər verir ki, buna səbəb diplomatın Gürcüstanda olmamasıdır. Məlumata görə, Polşa səfiri hazırda öz ölkəsindədir. Qeyd olunub ki, bu səbəbdən Gürcüstan XİN-ə onun əvəzedicisi Mariuş Pietr Jak gedib.
Gürcüstan tərəfinin məlumatına görə, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni ayaqqabısının içərisində, gizli şəkildə xəstəxanadan çıxarmaq istəyib. Gürcüstanın Xüsusi Penitensiar Xidməti hadisənin video görüntülərini yayıb.
Polşa səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb. Bildirilib ki, diplomatın çağırılmasının səbəbi sabiq Prezident Mixeil Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikasında baş vermiş insidentlə əlaqəlidir.