“Taxıl sazişi” ilə bağlı razılaşmalar faktiki olaraq dayandırılıb.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal “Taxıl sazişinə”nə qayıdacaq.
Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nin müddəti bu gün bitib.
