Polşanın Rusiyadakı səfirini geri çağırmaq planı yoxdur
Tarix: 17-07-2023, 13:28
Baxılıb: 138
Google+ Paylaş
Tumblr Paylaş

Polşanın Rusiyadakı səfirini geri çağırmaq planı yoxdur

17-07-2023, 13:28

Rusiya hökumətinin Smolenskdəki Polşa konsulluğunu bağlamasına cavab olaraq Varşavanın Rusiyadan səfiri geri çağırmaq planı yoxdur.
Reportyor.tv xəbər verir ki, bu barədə "RMF FM" radiosunun efirində Polşa Prezidenti Aparatının beynəlxalq şöbəsinin rəhbəri Marçin Pşidaç deyib.
"İndiki mərhələdə belə plan yoxdur", - polşalı rəsmi bildirib.
Onun sözlərinə görə, Almaniya və ya Fransa kimi digər Qərbi Avropa tərəfdaşlarının Moskvadakı səfirləri dialoq aparmağa çalışdığı halda, Polşanın yalnız öz səfirini geri çağırması halı baş verməyib: "Ya biz hamımız Aİ olaraq oradayıq, ya da səfirləri kollektiv şəkildə geri çağırırıq", - o vurğulayıb.
Xatırladaq ki, Rusiya Federasiyasının Nazirlər Kabineti Polşa Respublikasının Smolenskdəki konsulluq qurumunun bağlanması ilə bağlı sərəncam imzalayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ