Ərdoğan Bəşər Əsədlə hansı şərtlə dialoq apara biləcəyini açıqlayıb
Tarix: 17-07-2023, 15:15
Baxılıb: 169
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan Bəşər Əsədlə hansı şərtlə dialoq apara biləcəyini açıqlayıb

17-07-2023, 15:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə hansı şərtlə dialoq apara biləcəyini açıqlayıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Səudiyyə Ərəbistanına səfərə getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Suriya ilə münasibətlərimizi kəsmək, bu ölkəyə qapını bağlamaq müzakirə mövzusu deyil. Qapı açıqdır. Biz Bəşər Əsədlə görüşmə məsələsinə qapalı deyilik. Onunla görüşərik. Lakin bütün məsələ onların bizə yaxınlaşma tərzi ilə bağlıdır. Əsəd Türkiyənin Suriyanın şimalından çıxmasını istəyir. Biz orada terrorla mübarizə aparırıq, sərhədimizdəki terrorla mübarizə aparırıq. Türkiyə oradan təhdid olunur. Biz ədalətli yanaşma istəyirik, bu olduqdan sonra bütün məsələlərin öhdəsindən gələrik", - Ərdoğan qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ