Nazir: Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilə bilməz
Tarix: 17-07-2023, 23:17
Baxılıb: 218
Google+ Paylaş
Tumblr Paylaş

Nazir: Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilə bilməz

17-07-2023, 23:17

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurulub.
Reportyor.tv xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edərkəb deyib.
Nazir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsi qeyd olunan çərçivəyə uyğun deyil.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ