NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasını pisləyib.
Reportyor.tv xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "Twitter"də bildirib.
"Bizim müttəfiqimiz Türkiyənin və BMT-nin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmaq barədə birtərəfli qərarını pisləyirəm.
Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsi dünyanın bütün nöqtələrində milyonlarla həssas insanlara zərər verməyə davam edir", NATO Baş katibi vurğulayıb.