Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı imkan var.
Reportyor.tv xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Mənə elə gəlir ki, şanslar çox yaxşıdır və hazırda belə bir görüş üzərində işləyən nümayəndələrdən konkret bununla bağlı konkret məlumat alan kimi biz bunu mütləq sizinlə paylaşacağıq" , - deyə M.Zaxarova bildirib
Qeyd edək ki, daha əvvəl də Rusiya Xarici İşlər Nazirliyi razılaşmanın (10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat) ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirmişdi.
