Azərbaycanın Bolqarıstana ixracı 4 dəfəyə qədər artıb
Tarix: 21-07-2023, 15:02
Baxılıb: 185
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın Bolqarıstana ixracı 4 dəfəyə qədər artıb

21-07-2023, 15:02

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 184 milyon 568 min dollar dəyərində məhsul ixtac edilib.
Reportyor.tv Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 dəfə və ya 134.7 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Bolqarıstana 49 milyon 853 min dollar dəyərində məhsul ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Bolqarıstandan Azərbaycana idxal illik müqayisədə 32.8% və ya 6.7 milyon dollar azalaraq 13 milyon 886 min dollar olub.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0.76% təşkil edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ