Prezident: Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır
Tarix: 21-07-2023, 16:24
Baxılıb: 169
Google+ Paylaş
Tumblr Paylaş

Prezident: Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır

21-07-2023, 16:24

Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.
Reportyor.tv xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlət başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır”.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ