YAP Mərkəzi Aparatının rəhbəri ilə ICAPP-ın baş katibi arasında görüş keçirilib
Tarix: 21-07-2023, 16:59
Baxılıb: 242
Google+ Paylaş
Tumblr Paylaş

YAP Mərkəzi Aparatının rəhbəri ilə ICAPP-ın baş katibi arasında görüş keçirilib

21-07-2023, 16:59

Kamboca Krallığında iyulun 23-də keçiriləcək parlament seçkilərini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) missiyasının tərkibində müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov iyulun 21-də ICAPP-ın baş katibi Ahn Myung-soo ilə görüşüb.
YAP Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Tahir Budaqov YAP-ın ICAPP ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Ahn Myung-soo Yeni Azərbaycan Partiyasının ICAPP-ın Daimi Komitəsinin üzvü kimi qurumun fəaliyyətində yaxından iştirak etdiyini bildirərək birgə səylərlə əməkdaşlığın davamlı inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə YAP-ın yeni yaradılmış ICAPP Biznes Şurasındakı fəaliyyəti və əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Həmin gün ICAPP-dan olan müşahidəçilər “Kamboca Milli Assambleyasına seçkilərin tarixi və perspektivləri” mövzusunda Kamboca Milli Seçki Komitəsi, Vətəndaş Cəmiyyəti Alyansı Forumu və Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş brifinqdə iştirak ediblər. Brifinqdə Kamboca Milli Assambleyasına Seçkilər haqqında Qanunun mahiyyəti, VII çağırış Milli Assambleyaya seçkilərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər, eləcə də Kambocanın tarixi və mövcud ictimai-siyasi vəziyyəti haqqında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ