Prezidentin təhlükəsizliyini təmin edən orqanın yubiley medalı təsis olunub
Tarix: 4-08-2023, 16:31
Baxılıb: 154
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentin təhlükəsizliyini təmin edən orqanın yubiley medalı təsis olunub

4-08-2023, 16:31

"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna edilən dəyişikliyi təsdiq edib.
Qanuna əsasən, “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
“Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ