Səfir: Azərbaycan hər zaman ən yüksək səviyyədə Pakistanın mövqeyini dəstəkləyir
Tarix: 4-08-2023, 21:04
Baxılıb: 133
Google+ Paylaş
Tumblr Paylaş

Səfir: Azərbaycan hər zaman ən yüksək səviyyədə Pakistanın mövqeyini dəstəkləyir

4-08-2023, 21:04

Azərbaycan dövləti və xalqı Pakistanın mövqeyini hər zaman dəstəkləyir və biz bunu yüksək qiymətləndiririk.
Reportyor.tv xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye jurnalistlərə açıqlamasında deyib.
"Bu gün biz 2019-cu il 5 avqust tarixində Hindistan tərəfindən Cammu və Kəşmir əyalətlərinin xüsusi muxtariyyət statusunu birtərəfli qaydada ləğv edilməsinə həsr olunmuş tədbirə toplaşmışıq. Bu məsələdə Azərbaycanın ölkəmizə hər zaman dəstək göstərdiyini xüsusilə vurğulamaq istəyirəm. Prezident İlham Əliyev, Azərbaycan hökuməti və xalqı daim açıq - aşkar şəkildə Pakistana güclü dəstəyini ifadə edir. Pakistanın Baş naziri iyun ayında Azərbaycana səfər edərkən Prezident İlham Əliyev bir daha Azərbaycan hökumətinin Pakistana dəstəyini bildirdi", - deyə diplomat qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ