Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Əhliman Əmiraslanov: Qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gələnlərdir
Əhliman Əmiraslanov: Qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gələnlərdir

Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, hər il 100-lərlə nikaha girmək istəyən insanlar arasında təhlükəli xəstəliklər aşkar edilir: “Onlar nikaha girsəydi dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Doğrudan da qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, ÜST-ün statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır”.

Şərhlər