Bərdədə qəza: 5 kənd qazsız qaldı
Tarix: 13-01-2025, 15:35
Baxılıb: 117
Google+ Paylaş
Tumblr Paylaş

Bərdədə qəza: 5 kənd qazsız qaldı

13-01-2025, 15:35

Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatında fasilə yaranıb.
reportyor.tv Report-a istinadla xəbər verir ki, “Hunday Aksent” markalı minik avtomobili yanvarın 13-də gecə saatlarında hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.
Qəza nəticəsində qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.
Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ