Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » COVID cərimələrinin geri qaytarılması korrupsiyaya yol açacaq
COVID cərimələrinin geri qaytarılması korrupsiyaya yol açacaq

Rusiyanın paytaxtı Moskva şəhərində karantin qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin yığılmasının dayandırılıb. Moskva meriyası bununla bağlı kovid amnistiyası elan etmək qərarına gəlib. Yeni qərara görə, karantin qaydalarının pozulmasına görə təyin edilən, ancaq ödənilməyən cərimələrin toplanması üzrə fəaliyyət sonlandırılacaq, əhali əvvəllər ödədiyi cərimələrə görə kompensasiya alacaq. 
Bəs bizdə də bu qərar tətbiq oluna, karantin qaydalarının pozulmasına görə yazılan cərimələr ləğv edilə bilərmi? İndiyə qədər ödənilən cərimələrin geri qaytarılması mümkündürmü?
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (ADP) sədri Fazil Mustafa reportyor.tv-a açıqlamasında bildirdi ki, pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi qaydası Azərbaycanda da tətbiq olunmalıdır:
“Ödənilən cərimələrin geri qaytarılması isə yenə də bir korrupsiya elementinə çevriləcək. Əgər 100 manat cərimə ödəmisənsə, onu geri qaytararkən “50 manatı məndə qalsın, 50 manatı geri verilsin” yanaşması baş verə bilər. Bu, bir az anormal bir proses olar. Müəyyən mənada korrupsiyaya da yol açar. Sadəcə olaraq cərimələri ləğv eləmək lazımdır. Yeni bir prosedur icad eləməyə ehtiyac yoxdur”. 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti