Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » 7 ayda 171 min pensiya elektron qaydada təyin olundu
7 ayda 171 min pensiya elektron qaydada təyin olundu

2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17206-sı pensiya, 66706-sı müavinət, 87036-sı təqaüd təyinatı olub.
reportyor.tv bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Trend"-ə verilən məlumata görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti