
Reportyor.tv - Keçən həftə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovla bağlı vətəndaş gileyini təqdim etmişdik.
Qusar sakinləri başçının əlindən DAD deyir - MÜRACİƏT
DİA.AZ bildirir ki, sözügedən materialda olduqca ilginc iddia və ittihamlar yer almışdı. Bu dəfə isə sakinlər dediklərini əks etdirən fotoları redaksiyamıza yollayıblar.
Sakinlər yazır:
"Şikayətimizi işıqlandırdığınıza görə sizə bütün sakinlər adından təşəkkürümüzü çatdırmaq istəyirik.
Əlavədə sizə şikayətimizdə sadaladığımız obyektlərin fotolarını təqdim edirik.
Şəkildə gördüyünüz "Bənövşə gölü"-nün 2 il öncəki, və hal hazırki vəziyyətini görə bilərsiniz. Göl tamamilə qurudulub.
Bundan əlavə Şair Alxasovun oğlu İlkinin adına tikdirdiyi "İlk İnn" otelin şəkillərini, "Təzə Bazar" Ticarət Mərkəzinin və "Yaşıl Park" restoranı görə bilərsiniz".![]()
![]()
![]()
![]()
![]()

![]()
![]()

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi dinləməyə hazırıq...






Şərhlər