Quru sərhədlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə...
Tarix: 17-04-2025, 10:56
Baxılıb: 150
Google+ Paylaş
Tumblr Paylaş

Quru sərhədlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə...

17-04-2025, 10:56

Məlum olduğu kimi artıq uzun bir müddətdir ki, quru sərhədlərimiz bağlıdır. Bu mövzu vətəndaşlarımız üçün öz aktuallığını qoruyub saxlayır. Quru sərhədləri yayda açılacaqmı? Gözləntilər nədir?
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Referans-a bildirib ki, dövlətin bir neçə əsas funksiyası və vəzifəsi var. Bunlardan biri də təhlükəsizlikdir. Hansı ki, ən əsas funksiyalardan biridir. Vətəndaşların hüquq və azadlıqlarını, sağlamlıqlarını qorumaq, ən əsası da təhlükəsizliyini, dövlətin xarici qüvvələrdən, xarici təhdidlərdən qorumaq və daxildəki fəaliyyəti nəzərə alıb təhlükəsizliyi təmin etmək əsas vəzifələrdəndir. Bunun üçün dövlətin güc strukturları, xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları var. Azərbaycan dövlətinin atdığı addımlar zamanla sübut edir ki, dövlətimizin, millətimizin milli maraqlarına uyğun olaraq atılan addımlardır. 
Ekspert onu da diqqətə çatdırıb ki, sərhədlərin bağlı qalmasında bir nömrəli məsələ təhlükəsizlik məsələsidir deyə müsahibimiz əlavə edib. Regionda və dünyada baş verən proseslər, Rusiya və Ukrayna müharibəsi, yaxın şərqdəki proseslər, İranla Amerika qarşıdurması. Hər an bölgədə çox böyük proseslər, müharibələr ola bilər. Bu da Azərbaycan üçün böyük problemlər yarada bilər. Eyni zamanda indi də həm terrorçuluq regionumuzda çox böyükdür. Ona görə də Azərbaycan dövləti təhlükəsizliyin qorunması üçün bu addımları atır. Azərbaycan dövlətinin ölçülüb-biçilmiş uğurlu addımlar atmasını biz 44 günlük müharibədə, bir günlük anti-terror tədbirlərində gördük. Qısa müddətdə həddindən artıq peşəkarcasına, az itki verərək, ərzaq böhranı olmadan, daxildə təhlükəsizlik yüksək səviyyədə təmin edildi. Ona görə də Azərbaycan dövlətinin atdığı bu addımlar Azərbaycanın milli maraqlarına uyğundur.
"Elə məsələlər var ki, onu dövlətimiz həmin an bölüşə bilmir. Bir müddətdən sonra biz görürük ki, o situasiya Azərbaycanın maraqlarına uyğun situasiya idi və Azərbaycan dövləti uğuru və düzgün addım atdı. Ona görə də vətəndaşlarımız səbrli olmalıdır. Quru sərhədlərimiz də açılacaq. Bu həm hər bir vətəndaşımızın həm də bütünlükdə dövlətimizin təhlükəsizliyi üçündür", - deyə ekspert qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ