Azərbaycan yığmasınn sabiq baş məşqçisi Şahin Diniyev yutubda yayımlanan “11 adam” podkastının qonağı olub.
Mütəxəssis milli komandadan göndərilməsindən və onun zamanında dəyişən AFFA rəhbərliyi ilə münasibətlərindən danışıb.
Ş.Diniyev yığmadan göndərildikdən sonra AFFA prezidenti seçilən Rövnəq Abdullayev tərəfindən pis münasibət görmədiyini bildirib: “Mən düzünü deməyi xoşlayıram. Rövnəq Abdullayev saf adamdır və o, Azərbaycan futbolu üçün çox iş görüb. Yəni ki, o vaxt bir az yanlış anlama olmuşdu, mənim kiminsə adamı olduğumu düşünürdülər. Amma sonradan buna aydınlıq gəldi”.