“Bizim oğlumuz olmadığı üçün...” - Sevda
Tarix: 19-04-2025, 13:56
Baxılıb: 113
Google+ Paylaş
Tumblr Paylaş

“Bizim oğlumuz olmadığı üçün...” - Sevda

19-04-2025, 13:56

"Üçüncü övlad dünyaya gətirmək planda yoxdur. Düşünürəm ki, hər ikimizə (özü ilə həyat yoldaşı, həkim - genetik Zakir Bayramovu nəzərdə turur - red.) iki övlad kifayətdir. Birincisi çox çətindir, ikincisi artıq yaş faktoru var, üçüncüsü hər ikimiz iş sahibiyik. Bizim enerjimizdə yetməlidir ki, hər iki övladımızı böyüdə bilək".
Ayla və Aida adlı iki qız övladı olan sənətçi bildirib ki, oğlan uşağının olmasını heç zaman arzulamayıb:
"Heç zaman fərq qoymamışam oğlum və ya qızım olsun. Amma həyat yoldaşım Zakirin hər zama arzusu olub ki, qız övladları olsun. Övladlarımızın ikisidə qızdır. İndi deyirəm ki, nə yaxşı ki, qızdır. Bizim oğlumuz olmadığı üçün onun ləzzətini bilmirik. Bilirəm ki, o da başqa dad və ləzzətdir. Hər valideyn üçün onun övladı onun üçün hər şeydir. Allah bütün övladların bəxtlərini gözəl etsin. Belə bir arzum olmadığı üçün mənim üçün qanə edir". (olay)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ