Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" - FOTO
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" - FOTO

Reportyor.tv xəbər verir ki, Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi hazırda Təbrizdədir və onunla son saatlarda əlaqə saxlamaq mümkün olmayıb. Yazıçı təxminən 20 saat əvvəl sosial şəbəkədə diqqətçəkən və emosional paylaşım edib.

Onun son statusunda belə deyilir:

“AXİRƏT SEVDASI
İranda güclü qar yağır.
Kanada və Çin vətəndaşlarını İrana səfər etməməyə və səfərdə olanları ölkədən təcili çıxmağa çağırıb…
Qara görəmi?
Yoxsa?
Mən nə müharibədən qorxuram, nə də ki, qardan.
Şəhadət axtarıram.
Axirət sevdası yaşayıram burda.”

Bu paylaşım xüsusilə son hadisələr fonunda daha da ciddi məna kəsb edir. Belə ki, son saatlarda İran ərazisi amansız şəkildə bombardman edilir. Tehran, İsfahan, Qum, eləcə də digər şəhərlərlə yanaşı, Təbrizin də hava zərbələrinə məruz qaldığı barədə məlumatlar yayılıb. Bu isə Həmid Herisçinin həyatı ilə bağlı ciddi narahatlıq yaradıb.

Yazıçının həyat yoldaşı İlhamiyyə Rıza sosial şəbəkədə həyəcanlı status paylaşıb, hal-əhval tutan dostlara təşəkkür edib və Həmidin sağ-salamat geri dönəcəyinə ümid etdiyini bildirib. Onun paylaşımından da aydın görünür ki, son saatlarda yazıçı ilə əlaqə mümkün olmayıb və ailə ciddi təşviş içindədir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi açıqlama yayıb. Nazirlik İran istiqamətində səfərlərin təxirə salınmasını tövsiyə edib, hazırda İranda olan Azərbaycan vətəndaşlarına isə təhlükəsiz yerlərdə qalmaq, sığınacaqlardan istifadə etmək və zəruri olmadıqca açıq ərazilərə çıxmamaq barədə çağırış edib. Eyni zamanda əlaqə telefonları da təqdim olunub.

Hazırda regionda hərbi vəziyyət son dərəcə gərgindir, İran bombardıman altındadır və vəziyyət sürətlə pisləşir.

Musavat.com

Şərhlər