Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid ailəsinin evində görülmüş işlərlə yerində tanış olub
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid ailəsinin evində görülmüş işlərlə yerində tanış olub

17 iyul 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov aparatın əməkdaşları ilə birlikdə Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Cəfərov Famil və Cəfərov Kamil qardaşlarının anası Məryəm Cəfərovanı evində ziyarət etmiş, onun qayğıları ilə maraqlanmış, Rayon İcra Hakimiyyəti tərəfindən onun evinin dam örtüyünün yenilənməsi işləri ilə yerində tanış olmuş, müvafiq tapşırıqlarını vermişdir. Şəhidlərin anası Məryəm Cəfərova və onun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti