Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda bacı-qardaş evdən qaçdı - Anaları işgəncə veribmiş
Bakıda bacı-qardaş evdən qaçdı - Anaları işgəncə veribmiş

Bakıda azyaşlı bacı və qardaş evdən qaçıb.

Reportyor.tv xəbər verir ki, bu haqda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bacı və qardaş uzun müddət analarının ağır fiziki və psixoloji zorakılığına məruz qalıblar:

“Onların sözlərinə görə, anaları demək olar ki, hər dəfə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verirmiş. Onlar öz aralarında plan quraraq evdən çıxa biləcəkləri anı gözləyiblər və nəhayət, qaçmağa müvəffəq olublar. Aylardır çimə bilmədikləri üçün ilk olaraq dəniz sahilinə gedib çimməyə qərar veriblər. Daha sonra gecəni sahildə keçiriblər.

Səhər tezdən böyük qardaş yaxınlıqdakı taksi sürücüsünə yaxınlaşaraq onları şəhər istiqamətinə aparmasını xahiş edib. Uşaqların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. O, düzgün qərar verərək uşaqları polis bölməsinə aparıb.

Polis əməkdaşları uşaqların bədənlərində çoxsaylı yara izləri, saçlarında yanıq izləri və digər zorakılıq əlamətlərini aşkar ediblər. Bundan sonra dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb və birgə görülən tədbirlər nəticəsində uşaqlar sığınacağımıza yerləşdiriliblər”.

Mehriban Zeynalova bildirib ki, səhər saatlarında hər iki uşaq məhkəmə-tibbi ekspertizasından keçirilib. Ana isə rəsmi qaydada hər iki övladından imtina edib:

“Bu iki uşaq həyatlarını xilas etmək üçün çox ağır və təhlükəli bir yoldan keçməli oldular. Lakin bütün yaşadıqları əzablara baxmayaraq, bu gün onlar artıq təhlükəsiz mühitdədirlər. İnanırıq ki, bundan sonra onların həyatında qorxu və zorakılıq deyil, sevgi, qayğı və ümid olacaq”.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti