Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Günün fotosu: Avropa istidən belə qorunur - həm çətir, həm çadır
Günün fotosu: Avropa istidən belə qorunur - həm çətir, həm çadır

Bura Avropadır. Yaşıl, sərin Avropa, dumanlı, çiskinli Avropa. Dünənə qədər avropalılar günəşlənmək üçün Aralıq dənizi hövzəsindəki kurortlara axışardılar.

Ancaq bu yay Avropa ölkələri üçün sərt gəldi, dumanlı, çiskin yağışlı havaları elə günəşli günlər əvəz etdi ki, qitə Liviyaya döndü.

Bu şəkildə görünən insanlar başlarını çadıra oxşayan, yeni növ çətirlərin altına ona görə soxublar ki, günəş onları yandırmasın, günvurmaya məruz qalmasınlar. Onların əlində və ayaqlarının altında su dolu qablar da var.

Kənardan baxan elə bilər ki, onlar bu cür çadır-çətirlərlə nəsə bir aksiya keçirirlər. Amma elə deyil. Onlar günəşdən qorunurlar.

İndi ekoloq alimlər, iqlimşünaslar deyirlər ki, tarixin ən isti iyun-iyul ayını yaşayan Qərbi Avropanın bu günə düşməsinin 1 nömrəli səbəbi iqlim dəyişikliyi, qlobal istiləşmədir.

İqlim dəyişikliyini doğuran səbəblər də artıq sir deyil. Planeti məhz istixana qazları, səmaya atılan aerzol tullantılar qızdırır.

İnkişaf etməkdə, ard-arda yeniləri qurulmaqda olan sənaye müəssisələri insanların həyatını rahatlaşdırmaqla yanaşı, yaşayışı da dözülməz edir.

Ətraf mühitə istixana qazları, digər tullantılar buraxan nəhəng holdinqlərə Avropanın özündə də “dur” deyən yoxdur.

İqlim sammitlərinin, COP29-ların real vəziyyətə təsiri yoxdur. Dövlət rəhbərləri görüşürlər, uzun-uzadı danışılar, müzakirə aparırlar, mübahisə edirlər, sonda nəsə bir sənəd imzalayıb dağılışılar. Hər ölkənin müəssisələri isə öz domna sobalarının tüstüsünü asimana bülənd etməkdə davam edir.

Avropa əsrin ortalarına qədər iqtisadiyyatını qazıntı yanacaqlarından azad etmək, 2040-cı ilə qədər istixana qazı tullantılarını 90% azaltmaq üçün proqramlar hazırlayırdı.

Lakin Aİ başbilənləri iddia etdilər ki, bu proqram Avropanın rəqabət qabiliyyətinə zərər verəcək. Aİ üzvü olan 10 qüdrətli dövlətinin təzyiqi uyğun proqramların və layihələrin gerçələşməsi yolunda maneədir.

Hətta hamı dayansa da, ABŞ, Çin və Hindistanı dünya iqlimini bərbad günə qoymaq uğrunda “yarış”dan çəkindirmək mümkün deyil.

Nəticə isə budur. Dünənə qədər uzunömürlülər qitəsi hesab edilən Avropada bu yay sırf görünməmiş istilər üzündən 1500-dən artıq ahıl insan vaxtsız vəfat edib. İndi hamı yaydan salamat çıxmaq haqda düşünür.

Musavat.com


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti