Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » “TƏBİB adı ilə insanlardan pul yığılır?” – Şok iddialar, narazı vətəndaşlar
“TƏBİB adı ilə insanlardan pul yığılır?” – Şok iddialar, narazı vətəndaşlar

Özünü regional ərazi üzrə nəzarətçi kimi təqdim etdiyi bildirilən “Uğur Gənclər Təşkilatı”nın rəhbəri olduğu deyilən Günel Əliyeva ilə bağlı ciddi iddialar ortaya çıxıb.

Redaksiyamıza müraciət edən vətəndaşin sözlərinə görə, müxtəlif şəxslərə iş düzəltmək, müəyyən məsələlərin həllinə köməklik göstərmək və “qurum daxilində əlaqələr” adı ilə pul vəsaitləri alınıb. Şikayətçi bildirirlər ki, aylar keçməsinə baxmayaraq nə verilən vədlər yerinə yetirilib, nə də alınan pullar geri qaytarılıb.

İddialarda ən diqqət çəkən məqam isə proses zamanı TƏBİB-in adından istifadə olunmasıdır. Vətəndaş bildirir ki, qarşı tərəf özünü regional nəzarətçi kimi təqdim edərək insanlarda inam formalaşdırmağa çalışıb. Məhz bu səbəbdən şəxsin etibar edib maddi vəsait ödədiyi bildirilir.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif vaxtlarda əlaqə saxlanılsa da, konkret nəticə əldə olunmayıb. Onlar həm pullarının geri qaytarılmasını, həm də hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını tələb edirlər. Beş aydan çox vaxtda şəxsə dəymiş ziyanin qaytarılmasını tələb edir.

Ortaya çıxan iddialar cəmiyyətdə də suallar yaradıb: Dövlət qurumlarının adı çəkilərək insanlardan pul alınması nə dərəcədə qanunidir? Bu cür hallara niyə vaxtında müdaxilə edilmir?

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti