Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Göygöldə meyit tapılıb
Göygöldə meyit tapılıb

Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.
Musavat.com-un məlumatına görə, hazırda tapılan meyitinin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti