Faciəvi şəkildə ölən qadın pediatr imiş - Fotolar
Tarix: 27-03-2025, 10:15
Baxılıb: 302
Google+ Paylaş
Tumblr Paylaş

Faciəvi şəkildə ölən qadın pediatr imiş - Fotolar

27-03-2025, 10:15

Dünən Tovuzun Xatınlı kəndində 42 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Kəmalə Əmrahova həkim-pediatr imiş.
O, Novruz bayramını qeyd etmək üçün əmisigilə qonaq gedibmiş. Hadisə də K.Əmrahova hamam otağında olarkən baş verib.
K.Əmrahova pediatr kimi Bakıda və Türkiyədə bir sıra klinikalarda çalışıbmış. O, Azərbaycan Pediatrlar Assosasiyasının üzvü imiş.
Hadisə ilə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.






Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ